“Mançester Yunayted”ə keçməkdən niyə imtina etdiyini  AÇIQLADI
20 oktyabr 2025 15:58 (UTC +04:00)

“Mançester Yunayted”ə keçməkdən niyə imtina etdiyini AÇIQLADI

0

Yurgen Klopp təxminən on il əvvəl “Mançester Yunayted”dən gələn təklifi niyə rədd etdiyini açıqlayıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 2014-cü ildə Dortmund "Borussiya"sından ayrıldıqdan sonra ona baş məşqçi vəzifəsi təklif edilsə də, klub rəhbərliyi ilə söhbət almaniyalını fikrindən daşındırıb.

“Onlar dedilər ki, biz kimi istəsək, gətirəcəyik: Poqba, Ronaldo, dünyanın hər yerindən ulduzlar. Mən oturub fikirləşdim: “Bu, mənim işim deyil”. Bu bir layihə deyildi, alış-veriş siyahısı idi", - Klopp deyib.

Klopp əlavə edib ki, bu söhbət onu başqa bir şans axtarmağa inandırıb və bir il sonra bu, “Liverpul” olub. "Fenway Sports Group”un adamları ilə görüşəndə tamamilə fərqli bir şey oldu: canlı söhbət, fikir, ehtiras. Bundan sonra anladım ki, bu, mənim klubumdur".

O, “Mançester Yunayted” əvəzinə “Liverpul”u seçib və klubu qlobal şöhrətə qaytarıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar