Şəmkirdə FACİƏ:  13 yaşlı oğlan atasının yanında can verdi - YENİLƏNİB
20 oktyabr 2025 17:46 (UTC +04:00)

Şəmkirdə FACİƏ: 13 yaşlı oğlan atasının yanında can verdi - YENİLƏNİB

0

Şəmkirdə baş verən faciəli hadisənin təfərrüatı məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 19-u saat 23 radələrində baş verib. 

1991-ci il təvəllüdlü Əlixan İsə oğlu Qasımov 13 yaşlı oğlu İsə ilə birgə yaşadığı Abbaslı kəndindəki evin həyətində “VAZ-21011” markalı 20 DK 315 N-li avtomobilinin təkərini dəyişərkən ehtiyatsızlıqdan avtomobil İsənin üzərinə düşüb. 

Nəticədə oğlan atasıın yanında canını tapşırıb.  

***

09:23

Şəmkirdə maşının təkərini dəyişən kişi aldığı xəsarətlərdən dünyasını dəyişdi.

Lent.az xəbər verir ki, oktyabrın 19-da İsa Qasımov yaşadığı evin həyətində atasın məxsus avtomobilin ön təkərini dəyişən zaman qaldırıcının qəfil sürüşməsi nəticəsində başı avtomobilin altında qalıb.

O, aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1388

Oxşar yazılar