"Bavariya"dan 33 ilin rekord qələbəsi
05 noyabr 2025 12:33 (UTC +04:00)

"Bavariya"dan 33 ilin rekord qələbəsi

0

Almaniyanın “Bayer Münhen” klubu UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda Fransanın Paris Sen-Jermen klubunu 2:1 hesabı ilə məğlub edib.

Lent.az xəbər verir ki, bununla da klub 2025/2026 mövsümünün startında ardıcıl qələbə seriyası üzrə öz rekordunu yeniləyib.

“Bavariya” cari mövsümün əvvəlindən etibarən bütün turnirlərdə ardıcıl 16-cı qələbəsini qazanıb. Transfermarkt-ın məlumatına görə, bu, Avropanın ilk 5 liqasının tarixində ən yaxşı göstəricidir. Bu müddət ərzində Almaniya komandası 57 qol vurub və 11 top buraxıb.

Xatırladaq ki, Münhen klubuna qədər bir mövsümün startında ən yaxşı nəticə “Milan”a məxsus idi: 1992/1993 mövsümündə “rossoneri” bütün yarışlarda ilk 13 oyunu qalib başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar