Zərdabda "Qırmızı Kitab"a düşən quşları ovlayan ata-oğul  saxlanıldı
05 noyabr 2025 16:16 (UTC +04:00)

Zərdabda "Qırmızı Kitab"a düşən quşları ovlayan ata-oğul saxlanıldı

0

Zərdabda adları "Qırmızı Kitab"a düşən quşları ovlayan ata və oğul saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı rayonun Bəyimli qəsəbəsi ərasizində adları “Qırmızı Kitab”a düşən çöl quşları ovlayan Aleksandr Mirzəliyev və oğlu Roman Mirzəliyev saxlanılıblar.

Həmin şəxslərdən ov tüfəngi və patronlar aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar