Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, ev 26, mənzil 35 ünvanında yaşayan 49 yaşlı Cabbarova Qərənfil Nəcəf qızının qidadan zəhərlənməsi ilə bağlı məlumatlar təsdiqini tapmayıb.
Bu barədə Lent.az-a AQTA-dan bildirilib.
Qeyd olunub ki, məsələ ilə bağlı aidiyyəti üzrə AQTA tərəfindən araşdırmalar aparılıb: "Belə ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə "Anaflaktik şok" diaqnozu ilə hospitalizasiya olunan xəstəyə göstərilən yardımlara baxmayaraq ölüm baş verib.
Xəstəxanadan verilən məlumata görə, pasiyentə adekvat təyin edilmiş və düzgün tətbiq edilmiş dərman maddəsinə patoloji reaksiya, toksik epidermal nekroliz, digər və dəqiqləşdirilməmiş dərman vasitələri, medikamentlər və bioloji maddələrlə təsir etmə, dəqiqləşdirilməmiş ürək çatışmazlığı diaqnozu qoyulub".
***
12:56
Bakıda qadın qidadan zəhərlənib.
Lent.az-ın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsində baş verib.
Qəsəbə sakini olan 49 yaşlı Qərənfil Nəcəf qızı Cabbarova yaşadığı evdə qidadan zəhərlənib. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xəzər rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.