Qazaxıstan və Rusiya taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına  başlanıldı - VİDEO
05 noyabr 2025 16:14 (UTC +04:00)

Qazaxıstan və Rusiya taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanıldı - VİDEO

0

Ermənistan üçün Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Gürcüstana yola salınır.

Lent.az APA-ya istinadla bildirir ki, Gürcüstana yola salınan qatar daha sonra Ermənistana gedəcək.

Qeyd edək ki, noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048 ton 800 kq olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb.

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Rusiya taxılını Azərbaycan üzərindən Ermənistana daşıyan qatarın tezliklə Ermənistana gələcəyini açıqlayıb.

Qazaxıstan taxılının da Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb. Belə ki, Qazaxıstandan gələn 15 vaqon buğda noyabrın 5-də Azərbaycan sərhədini keçərək Yalamaya doğru istiqamət götürüb. Bildirilib ki, Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu ilə daşınan yük noyabrın 4-də Rusiyadan gələn 15 vaqonun ardınca Ermənistanın Dalarik stansiyasına yola salınacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar