"Qəzetlər son günlərini yaşayır"  - Çap mediası niyə özünü doğrultmadı?
05 noyabr 2025 19:20 (UTC +04:00)

"Qəzetlər son günlərini yaşayır" - Çap mediası niyə özünü doğrultmadı?

0

Bu gün jurnalistikanın təməli sayılan qəzetlərə dünyada və Azərbaycanda maraq azalıb. Əsasən kiosklarda satılan bu qəzetləri alanların sayı barmaqla sayılası qədərdir. Çoxları qəzetə marağın azalmasını əsassız şəkildə çap mediasında tənqidi məqalələrin dərcinə imkan verilməməsi ilə izah edirlər.

Lakin bu yanaşma reallığı əks etdirmir. Çünki ölkədə bütün növ media subyektləri üçün bərabər fəaliyyət şəraiti və ifadə azadlığı təmin edilib. 

Televiziya kanallarının, informasiya agentliklərinin və veb-saytların tənqidi materiallar yayımladığı mövcud informasiya mühitində qəzetlərin bu istiqamətdə passivlik nümayiş etdirmələri yalnız onların redaksiya siyasəti və peşəkarlıq səviyyəsi, öz seçimləri ilə bağlıdır.

Bundan başqa, deyirlər ki, qəzetlər reklam tuta bilmirlər, çap mediasının "ölməsi" də məhz maliyyə çətinliyi ilə bağlıdır. 

Bu yanaşma da doğru deyil. Xüsusi olaraq qeyd edək ki, Medianın İnkişafı Agentliyi artıq 4 ildir ki, həm onlayn, həm də çap mediası subyektlərinin veb-saytlarına bərabər həcmdə maliyyə dəstəyi göstərir. Eyni həcmdə vəsait ayrılmasına baxmayaraq, qəzetlərin veb-saytlarında inkişaf dinamikası müşahidə olunmur. Onlayn media subyektləri isə dövlət dəstəyindən səmərəli şəkildə yararlanaraq həm texniki imkanlar, həm də jurnalist peşəkarlığı baxımından nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə ediblər.

Qəzetlərlə vidalaşmağın vaxtı çatıb?

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirir ki, hazırki vəziyyətdə çap mediasının davam gətirməsi mümkünsüzdür:

“Qəzetlərin gəlir yeri reklamlardır, bu isə yoxdur. Qəzet satışı sıfırlanıb, yeni nəsil qəzet oxumur, bəziləri isə heç onun nə olduğunu bilmir. Təəssüf ki, Azərbaycanda yazılı mətbuat son günlərini yaşayır. Mən düşünmürəm ki, onu xilas etmək mümkündür. Çünki dünya tamamilə dəyişib, yeni nəslin qəzet yaddaşı yoxdur. Yalnız köhnə nəslin nümayəndələrindən bəziləri qəzet oxuyur. Mətbuatda indi “ChatGPT”nin yazdığı yazılar çap olunur. Onlar da hissiz və duyğusuz olur. Bu baxımdan çap mətbuatının gələcəyi çox pessimist görünür. Lakin çalışmaq lazımdır ki, yeni mediada çox peşəkar təhlil, müsahibə, reportaj janrlarını qoruyub saxlayaq. Çünki bu xaotik dövr keçib gedəcək və peşəkar jurnalist araşdırmalarına ehtiyac yaranacaq. Hər halda ümid sonda ölür”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar