Cəlilabadda küçə ticarəti  ilə məşğul olan kişi həbs olundu
05 noyabr 2025 18:44 (UTC +04:00)

Cəlilabadda küçə ticarəti ilə məşğul olan kişi həbs olundu

0

Cəlilabadda küçə ticarəti ilə məşğul olan şəxs həbs olunub.

Lent.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, məşhur supermarketlərdən birinin qarşısında qeydə alınıb.

Polis əməkdaşları burada küçə ticarəti ilə məşğul olan 32 yaşlı Aydəmir Canpoladova (ad və soyad şərtidir) yaxınlaşaraq, bunun qanunla qadağan olunduğunu bildiriblər. Lakin Aydəmir polisin tələbinə tabe olmayaraq, nalayiq ifadələr işlədib və səs-küy salıb.

Nəticədə Aydəmir Canpoladov saxlanılaraq, Cəlilabad rayon Polis Şöbəsinin inzibati binasına aparılıb. Burada da o, səs-küy salmaqda və nalayiq ifadələr işlətməkdə davam edib. Bu əməllərinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 5120-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis yaxud hərbçinin tələbinə tabe olmamaq) maddəsilə protokol tərtib olunub.

Aydəmir Canpoladov ifadəsində əməlindən peşman olduğunu, səhvini başa düşdüyünü və bir də belə səhvlərə yol verməyəcəyini deyərək, barəsində yüngül cəza verilməsini xahiş edib.

Cəlilabad rayon Məhkəməsinin qərarı ilə Aydəmir Canpoladov barəsində 8 gün müddətinə inzibati həbs cəzası təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar