Vaxtı ölçmək üçün yeni üsul  kəşf edildi - TƏFƏRRÜATLAR
08 oktyabr 2025 19:19 (UTC +04:00)

Vaxtı ölçmək üçün yeni üsul kəşf edildi - TƏFƏRRÜATLAR

0

Beynəlxalq fiziklər qrupu zaman anlayışına baxışımızı dəyişdirə biləcək inanılmaz bir yeniliyə imza atıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, alimlər əqrəbsiz işləyən “kvant saatı” yaradıblar. Bu cihaz zamanı ölçmək üçün nə mexaniki sayğaclara, nə də klassik dövrlərə ehtiyac duyur.

Tədqiqatçılar helium atomlarını yüksək enerji vəziyyətlərinə gətirərək dalğa paketləri yaradıblar. Bu paketlər işıqla qarşılıqlı təsirə girəndə, hər biri özünəməxsus və təkrarlanmayan “izlər” formalaşdırır. Məhz bu unikal izlər vasitəsilə zamanı femtosaniyə səviyyəsində, yəni saniyənin kvadrilyonda bir hissəsi qədər dəqiqliklə ölçmək mümkündür.

Ən maraqlısı isə odur ki, bu saatlar adi saatlar kimi titrəyişləri saymır. Onlar dalğa paketinin yaranma anını qeydə alaraq “mütləq zaman” anlayışını ölçürlər. Bu, elm adamlarına ölçülən vaxtın tam real olduğuna və heç bir sistematik səhv olmadığından əmin olmağa imkan verir.

Eksperiment zamanı alimlər çox qısa lazer impulsları ilə helium atomlarını həyəcanlandırıblar. Bu zaman yaranan fotoeffektlər nəticəsində toplanan məlumatlar nəzəri modellərlə tam üst-üstə düşüb.

Maraqlıdır ki, belə dəqiqlik üçün cəmi bir neçə nanosaniyəlik müşahidə bəs edir, halbuki kvant dalğa paketləri bu məlumatı onlarla, hətta yüzlərlə nanosaniyə ərzində yadda saxlaya bilir.

Bu texnologiya gələcəkdə spektroskopiya və yüksək enerji fizikası sahəsində tamamilə yeni tədqiqatlara yol aça bilər. Ən vacib məqam isə odur ki, bu metod “hadisənin vaxtını” hesablamaq üçün başlanğıc nöqtəyə ehtiyac duymur. Bu, sürətlə gedən kvant proseslərində inanılmaz dərəcədə vacibdir.

Alimlərin fikrincə, bu yanaşma femtosaniyə dəqiqliyi tələb edən eksperimentlərdə inqilab yarada bilər. Yeni kvant saatları göstərir ki, zamanın fiziki mahiyyəti bizim indiyə qədər düşündüyümüz kimi olmaya da bilər, yəni zaman, bəlkə də, tamamilə başqa cür işləyir.

Qeyd edək ki, daha əvvəl alimlər zamanın üçölçülü ola biləcəyi barədə maraqlı bir nəzəriyyə də irəli sürmüşdülər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar