Müğənni Ajda Pekkanın bacısı, sənətçi Semiramis Pekkan itini gəzdirərkən evinin önündə yıxılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, xəstəxanada aparılan müayinələrdə ciddi problem aşkarlanmayıb. Pekkan “Bura qədər gəlmişkən, bir də check-up etdirim” deyib. Lakin nəticələr sənətçini şoka salıb:
Semiramis Pekkan qonaq olduğu bir proqramda bunları söyləyib:
“Sol ağciyərimin alt payında pis bir kütlə olduğu ortaya çıxdı və alındı. Gördüyünüz kimi heç nə səbəbsiz deyil. İndi özümü çox yaxşı hiss edirəm".