Bakıda avtomobilin vurduğu piyada 2 gündən sonra xəstəxanada ölüb.
Lent.az xəbər verir ki, oktyabrın 11-i, səhər saat 8 radələrində Bakı şəhər sakini Rəşan Zeynalov idarə etdiyi “Hundai Veracruz” markalı avtomobillə Qəbələ şəhəri, H.Aslanov küçəsində hərəkətdə olarkən yolu keçən piyada Bəkirova Yaqut Orucalı qızını vurub.
Piyada Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, ötən gün gecə saat 1-də dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.