Hacıqabulda ağır qəza-Ölən və yaralanan var
12 oktyabr 2025 15:30 (UTC +04:00)

Hacıqabulda ağır qəza-Ölən və yaralanan var

0

Hacıqabulda iki yük maşını toqquşub, ölən və yaralanan var.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Qaras və Padar kəndlərindən keçən hissəsində baş verib.

"AzəriMed" QSC-yə məxsus “İsuzu" markalı avtomobil arxadan “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə “İsuzu”-nun sürücüsü Bakı sakini, 1994-cü il təvəllüdlü Sadıqov Sadıq Vasif oğlu hadisə yerində ölüb. Sərnişin Goranboy sakini, 1987-ci il təvəllüdlü Asanov Aslan Mikayıl oğlu Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 457

Oxşar yazılar