Cəmi 54 min əhalisi olan Farer adaları Dünya çempionatının seçmə mərhələsində böyük sürpriz edib. Çexiya üzərində 2:1 hesablı qələbə qazanan ada ölkəsi 12 xalla pley-offa vəsiqə qazanmaq şansını qoruyur. Komandanın əsas oyunçusu Arni Frederiksberq əslində pizzaçıdır.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Dünya Çempionatının seçmə mərhələsində L qrupunda mübarizə aparan Farer adaları tarixi uğura imza atır. 54 min əhalisi olan ada ölkəsi son beş oyunun dördündə qalib gəlib, ən son isə güclü Çexiyanı 2-1 hesabı ilə məğlub edib. Bu nəticə ilə Farer adaları xallarının sayını 12-yə yüksəldib və dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazana bilər.
Bu qələbədən sonra Farer adaları 12 xalla qrupda üçüncü pillədə qərarlaşıb. Çexiya və Xorvatiya 13 xalla liderliyi bölüşür, Farer adaları isə son oyununda Xorvatiya ilə üz-üzə gələcək. Qələbə ölkənin tarixindəki ən böyük nailiyyət olan Dünya çempionatının pley-off mərhələsini təmin edəcək.
Cəmi 54 min əhalisi olan Farer adalarının bu çıxışı futbol dünyasında böyük rezonans doğurub. Komandanın ən vacib oyunçusu pizzacı Arni Frederiksberqdir.
Təvazökar heyətinə baxmayaraq, nizam-intizamı və komanda ruhu ilə seçilən ada təmsilçisi Avropa futbolunun nəhəngləri arasında nağıl kimi hekayə yazır.