İnsultdan sonra beyni bərpa edən  təbii maddə tapıldı
13 oktyabr 2025 16:23 (UTC +04:00)

İnsultdan sonra beyni bərpa edən təbii maddə tapıldı

0

Tədqiqatlar təsdiqləyib ki, selen insanın insultdan sonra bərpasına müsbət təsir göstərə bilir. Avstraliyalı alimlər müəyyən ediblər ki, selen mikroelementi yaddaşı gücləndirir, beyin fəaliyyətini sürətləndirir və ümumilikdə idrak funksiyalarını dəstəkləyir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, selen taxıl məhsullarında, ət, tərəvəz və meyvələrdə mövcuddur. Bu elementlə xüsusilə Braziliya qozu, həmçinin digər qoz-fındıq növləri, toxumlar və dəniz məhsulları zəngindir. Bu məhsulların müntəzəm şəkildə rasiona daxil edilməsi, yaş artdıqca zehni aktivliyin qorunmasına və ümumi vəziyyətin yaxşılaşmasına kömək edir.

Təcrübələr zamanı yaşlı siçanlar üzərində aparılan sınaqlarda alimlər müəyyən ediblər ki, selen əlavəsi beynin yeni neyronlar əmələ gətirməsini stimullaşdırır. İnsult keçirmiş siçanlarda selenin qəbulu yaddaşı və öyrənmə qabiliyyətini yaxşılaşdırıb, bununla da idrak funksiyalarının bərpasına şərait yaradıb.

Alimlər vurğulayırlar ki, düzgün və balanslaşdırılmış qidalanma zamanı selen tərkibli xüsusi əlavələr adətən tələb olunmur. Bundan başqa, təmiz selen fiziki aktivliyin təsirini tam əvəz edə bilmir, çünki hərəkət də yeni neyronların əmələ gəlməsini və beynin fəaliyyətini gücləndirir.

Selen antioksidant xüsusiyyətlərə malikdir və insultdan sonra güclənən oksidləşdirici stressdən beyin hüceyrələrini qoruyur. O, qalxanabənzər vəz fəaliyyətini tənzimləyən fermentlərin sintezində iştirak edir, bu isə dolayı yolla idrak qabiliyyətinə və bədənin enerji balansına təsir göstərir.

Selenlə zəngin məhsulların müntəzəm qəbulu, yüngül fiziki aktivlik və sağlam yuxu ilə birləşməsi, beyin damar pozuntularından sonra bərpa olunma ehtimalını artırır. Selenin qida ilə müntəzəm şəkildə orqanizmə daxil olması, insultdan sonra bərpanın və yaşlı dövrdə beyin sağlamlığının qorunmasının vacib hissəsi hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar