Cənubi Koreyada qadın tarakanı yandırmaq istəyərkən yanğın törədib. bir nəfər ölüb, səkkiz nəfər zəhərlənib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, qadın mənzilindəki tarakanı məhv etmək üçün alovlandırıcı sprey və evdə istifadə olunan yandırıcı cihazdan istifadə edib. Nəticədə mənzildə yanğın başlayıb və alov bütün binaya yayılıb.
Hadisə zamanı xilas olmağa çalışan qonşulardan biri 30 yaşlı Çin vətəndaşı pəncərədən yıxılıb. Qadını xəstəxanaya çatdırsalar da, onu xilas etmək mümkün olmayıb. Binanın digər səkkiz sakini isə tüstüdən zəhərlənib.
Polis qadının həbsi üçün order verib. Onun 20 yaşlarında olduğu bildirilir və o, daha əvvəl də eyni üsulla tarakanları yandırmağa çalışdığını etiraf edib. Lakin bu dəfə alov nəzarətdən çıxaraq əmlaka ciddi ziyan vurub.
Məlumata görə, yanğın zamanı qadın, onun həyat yoldaşı və iki aylıq körpəsi beşinci mərtəbədən pəncərə vasitəsilə qaçmağa cəhd ediblər. Qatı tüstü səbəbindən pilləkənlərdən istifadə mümkün olmayıb. Körpə qonşu binanın sakinlərinə uzadılaraq xilas edilib. Qadın pəncərədən çıxmağa çalışarkən yıxılıb, həyat yoldaşı isə təhlükəsiz şəkildə qonşu mənzilə keçə bilib.
Polisin açıqlamasına görə, qadın səhlənkarlıq nəticəsində ölümlə nəticələnən hadisəyə və yaşayış binasını yandırmağa görə məsuliyyətə cəlb olunacaq.