Bakıda həbs olunan "Sputnik Azərbaycan"ın şef redaktoru Yevgeniy Belousov barəsində qərar verilib.
Lent.az xəbər verir ki, Yevgeniy Belousov barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bununla bağlı bu gün Xətai rayon məjhkəməsində qərar qəbul olunub.
Qeyd edək ki, bir qədər əvvəl “Sputnik Azərbaycan”ın Bakıda həbsdə olan icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb. O, daha sonra Rusiyaya yola salınıb.