10 il daha uzun yaşamağın ən asan yolu
02 oktyabr 2025 16:08 (UTC +04:00)

10 il daha uzun yaşamağın ən asan yolu

0

Gənclikdə qidalanma rasionunun dəyişdirilməsi ömrü 10 ildən çox uzada bilər.
Araşdırmalar göstərib ki, yaşlı insanlarda da rasionun dəyişdirilməsi effekt verir, lakin təsiri bir qədər zəif olur, amma yenə də hiss ediləcək dərəcədə qalır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmanın nəticələrinə əsasən, 20 yaşından etibarən tipik Qərb rasionundan daha balanslaşdırılmış pəhrizə davamlı keçid qadınlarda ömrü 10,7 il, kişilərdə isə 13 il artıra bilər.

Ən çox təsir edən amillər

Ömrün uzanmasına ən böyük töhfə verən dəyişikliklər bunlardır:

Paxlalıların, qoz-fındıq və tam taxıllı məhsulların daha çox istehlakı, qırmızı və emal olunmuş ətin azaldılması, tərəvəz, meyvə və sağlam yağların (məsələn, zeytun yağı, avokado) rasiona daxil edilməsi.

Yaşlılıqda dəyişiklik

Hətta rasionu daha yetkin yaşlarda dəyişmək də fayda verir. 60 yaşında optimal qidalanmaya keçid ömrü 8–8,8 il, 80 yaşında isə təxminən 3,4 il uzada bilər.

Sağlam həyatın açarı

Alimlər bildirirlər ki, uzunömürlülüyün sirri yalnız zərərli məhsullardan imtina deyil, həm də davamlı vərdişlərin formalaşdırılmasıdır.

Təzə meyvə və tərəvəzlərin müntəzəm qəbulu, bitki mənşəli zülak mənbələrinin rasiona əlavə edilməsi, duz və şəkərin istifadəsinə nəzarət, qırmızı ət və yüksək dərəcədə emal olunmuş məhsulların ölçülü istehlakı.

Gənclikdə düzgün qidalanma “sağlamlıq ehtiyatı” yaradır, ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet və bəzi xərçəng növlərinin riskini azaldır, nəticədə ömrün əhəmiyyətli dərəcədə uzanmasını təmin edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar