Ebru Gündeş  boşanandan sonra   elə dəyişdi ki... Görənlər tanımadı
02 oktyabr 2025 13:46 (UTC +04:00)

Ebru Gündeş boşanandan sonra elə dəyişdi ki... Görənlər tanımadı

0

Məşhur müğənni Ebru Gündeş ötən həftə iş adamı Murat Osman Özdemir ilə Beykoz Məhkəməsində qarşılıqlı razılıq əsasında boşanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ayrılıqdan sonra isə klassik tərzini kənara qoyaraq, qısa saçları və dəri gödəkçəsi ilə tamamilə fərqli bir görünüş qazanan sənətçinin yeni imici sosial şəbəkələrdə gündəm olub.

Uzun illər səhnə geyimlərində və gündəlik həyatında daha çox klassik, sadə və təmkinli seçimləri ilə tanınan Gündeş, boşanmanın ardından bu dəfə fərqli imiclə pərəstişkarlarının qarşısına çıxıb.

Gündeşin sosial şəbəkə hesabından paylaşdığı yeni fotolar qısa müddətdə gündəmə çevrilib. Bir çox pərəstişkarı dəyişimini “çox yaraşdı” şərhləri ilə dəstəkləyib. Sənətçinin bu addımı “yeni başlanğıcın işarəsi” kimi dəyərləndirilib.

Bəzi izləyicilər isə onun dəyişimini o qədər təəccüblü hesab ediblər ki, tanımaqda çətinlik çəkdiklərini bildiriblər. Bir istifadəçi “Ebrunu tanımadıq, bu kimdir?” sözləri ilə diqqət çəkdi.

Yeni imicin ona çox yaraşdığını düşünənlər də az deyil. Digər bir şərhdə isə “Necə olub? İndi deyəcəyik ki, boşanmaq yaramış” ifadələri ilə sənətçinin dəyişikliyinin müsbət qarşılandığı görünüb.

Ebru Gündeş boşanır boşanmaz bambaşka birine dönüştü

Qeyd edək ki, Ebru Gündeş ötən il Dubayda evləndiyi, özündən 12 yaş kiçik olan iş adamı Murat Osman Özdemir ilə ötən həftə Beykoz Məhkəməsində razılaşmalı şəkildə boşanıb və cütlük bir-birindən  əzminat tələb etməyib.

Ebru Gündeş boşanır boşanmaz bambaşka birine dönüştü

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar