Bəşər Əsədi Moskvada zəhərlədilər
02 oktyabr 2025 11:35 (UTC +04:00)

Bəşər Əsədi Moskvada zəhərlədilər

0

Devrilmiş Suriya prezidenti Bəşər Əsədin Rusiyada zəhərləndiyi barədə məlumat yayılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Suriyada İnsan Haqları Müşahidəçisi öz mənbəsinə istinadla xəbər verib.

Mənbənin sözlərinə görə, Əsəd bir neçə gün öncə Moskva xəstəxanasından evə buraxılıb və hazırda onun səhhəti stabildir.

Mənbə iddia edir ki, Əsədi zəhərləyənlər “Rusiya hökumətini biabır etmək və onun qətlində günahlandırmaq” istəyiblər.

Qeyd edək ki, mediada Əsədin Rusiyada zəhərlənməsi barədə oxşar xəbərlər artıq yanvar ayında da yazılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar