52 min əhalisi olan şəhərdə 23 min yerlik stadion  ağzına qədər doldu
02 oktyabr 2025 12:05 (UTC +04:00)

52 min əhalisi olan şəhərdə 23 min yerlik stadion ağzına qədər doldu

0

Çempionlar Liqasında “Vilyarreal” və “Yuventus” üz-üzə gəlib. 52 min əhalisi olan Vilyarrealda 23 min azarkeş stadionu doldurub. İspaniya mətbuatının məlumatına görə, 15 min azarkeş stadiondan kənarda qalıb. 

Lent.az xəbər verir ki, Çempionlar Liqasının ikinci həftə oyununda İspaniyanın “De la Ceramica” stadionunda “Vilyarreal” və “Yuventus” komandaları üz-üzə gəlib.

Oyun İspaniyanın “Vilyarreal” komandası azarkeşlərinin böyük marağı ilə yadda qalıb. Azarkeşlər İspaniyanın cənubundakı Vilyarreal şəhərində 52 min insanın yaşadığı 23 min tamaşaçı tutumuna malik stadionu doldurublar. 

İspaniya mətbuatında yayılan xəbərlərə görə, "Yuventus" oyununa böyük maraq göstərən təxminən 15 min "Vilyarreal" azarkeşi stadiona daxil ola bilməyib və çöldə qalıb. Bildirilib ki, bir çox azarkeş stadiona qanunsuz daxil olmağa cəhd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar