PSJ böyük Avropa turnirlərinin tarixində "Barselona" ilə səfər oyunlarında ardıcıl üç qələbə qazanan ilk komanda olub.
Lent.az xəbər verir ki, PSJ Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci tur oyununda səfərdə “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.
Bundan əvvəl xəbər verilib ki, “Barselona” bütün turnirlərdə ardıcıl 45 oyunda qol vuraraq klub rekordunu müəyyənləşdirib.
Hazırda PSJ turnir cədvəlində 6 xal toplayaraq 3-cü yerdə qərarlaşıb. “Barselona” isə 3 xal toplayaraq 16-cı yerdədir.
Növbəti turda Kataloniya komandası Yunanıstanın “Olimpiakos” klubu ilə, Fransız klubu isə Almaniyanın “Bayer” komandası ilə qarşılaşacaq. Hər iki oyun 21 oktyabrda baş tutacaq.