Çempionlar Liqasının aparıcısı Eva Murati: Albaniyada futbol qədər  məşhurdur -FOTOLENT
01 oktyabr 2025 19:46 (UTC +04:00)

Çempionlar Liqasının aparıcısı Eva Murati: Albaniyada futbol qədər məşhurdur -FOTOLENT

0

Albaniya klubları heç vaxt Çempionlar Liqasının qrup və ya ümumi mərhələlərinə vəsiqə qazanmayıb, lakin 2025/26 mövsümündə bu Balkan ölkəsi Avropanın əsas klub yarışmasının bir çox azarkeşinin diqqətini cəlb edib.

Meydandakı çıxışlarına görə yox, diqqət çəkən teleaparıcıya görə. Eva Murati ilə tanış olun!

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Eva 1995-ci il mayın 25-də Elbasanda (Albaniyanın paytaxtı Tirandan 50 kilometr məsafədə) anadan olub. Bu yaxınlarda 30 yaşını qeyd edib.

Murati media karyerasına yeniyetmə ikən başlayıb: 15 yaşından televiziya reklamlarında çəkilib. 2012-ci il Avropa çempionatı oyunlarının canlı yayımı zamanı Albaniyada müntəzəm olaraq Eagle Mobile mobil operatoru üçün reklam çarxı yayımlanıb. Bu, Evanın futbolla ilk qarşılaşması olub!

18 yaşında o, Albaniyanın əsas kanallarından birində bir neçə verilişin aparıcısı kimi işləyib.

2017-ci ilin yanvarında Eva “Vizion Plus”da Çempionlar Liqası studiyasına dəvət edilib. Muratini auditoriya o qədər yaxşı qarşılanyıb ki, o, o vaxtdan alban tamaşaçıları üçün turnirin siması sayılır!

Bu heyrətamiz xanım indi Tring TV-ni təmsil edir, burada da idman xəbərlərinin aparıcısı kimi çalışır. Yeri gəlmişkən, Eva “Yuventus” azarkeşi olduğunu etiraf etdi!

Murati həm də aktrisadır, 3 filmə çəkilib. 

Çempionlar Liqasının yeni mövsümünün başlaması ilə, Evanın televiziya studiyasından çəkilmiş şəkilləri sosial şəbəkələrdə yayılıb və şərhlər "Alban futbolunun başına gələn ən yaxşı şey" adlandırılıb!

Və bu axşam Evanı bir daha futbol azarkeşlərinin böyük hissəsi izləyəcək!

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar