"Mən cəhənnəmi gördüm"  - COVID peyvəndindən komaya düşən  tibb bacısının HEKAYƏSİ
01 oktyabr 2025 19:21 (UTC +04:00)

"Mən cəhənnəmi gördüm" - COVID peyvəndindən komaya düşən tibb bacısının HEKAYƏSİ

0

Amerikalı tibb bacısı Bricit Kendis peyvənddən sonra təhlükəli reaksiya keçirib, komaya düşüb və həyatını dəyişən dəhşətli cəhənnəm görüntülərindən danışıb.

Lent.az xarici mediaya istinadla bu hekayə barədə xəbər verir.

Necə başladı

2020-ci ildən etibarən dünyada 14 milyarddan çox COVID-19 peyvəndi vurulub və onların əksəriyyəti ciddi fəsadlara səbəb olmayıb. Lakin Bricit iddia edir ki, peyvənddən sonra onda ürək aritmiyası, panik ataklar və nəfəs alma problemləri başlayıb.

Qadın xatırlayır ki, həmkarları onun əlamətlərini yorğunluq və stresslə əlaqələndiririb. O, narahatlığını spirtli içki ilə azaltmağa çalışsa da, vəziyyəti yalnız pisləşib.

Bir neçə həftə sonra Bricitdə qəribə öskürək, boğaz ağrısı və hava çatışmazlığı hissi yaranıb. Analizlərdə oksigen səviyyəsi normal göstərilsə də, qadın tez-tez huşunu itirməyə başlayıb.

“Hələ sağsınızsa, bu, möcüzədir”

Bir çox həkimlər xəstənin şikayətlərinə inanmaq istəməyib. Nəhayət, LOR həkimi kritik dəyişiklikləri aşkar edib: Bricitin tənəffüs yolları demək olar ki, karandaşın ucu qədər daralıb. Ona təcili əməliyyat lazım olub, lakin qısa müddət sonra komaya düşüb.

Cəhənnəm görüntüsü

Bricitin sözlərinə görə, komada olarkən dəhşətli bir məkanda, cəhənnəmə bənzər yerdə olub. Orada qədim Misir tanrılarını xatırladan iblislər görüb. Onlardan biri, qadının sözlərinə görə, “onun həyatını tərəzidə çəkirdi”.

Bricit bildirib ki, çoxsaylı işgəncələrin şahidi olub. Ailələr təkrar-təkrar övladlarının edamını izləməyə digər bir kişi divara zəncirlənmiş öz övladına atəş açmağa məcbur edilib.

Orada insanlar diri-diri yandırılırıb və ya özlərinin ən böyük qorxularını sonsuzadək yenidən yaşamağa sövq olunublar.

Sonda, qadının sözlərinə görə, bu işgəncələri o özü də hiss etməyə başlayıb.

“İsaya yalvardım”

Tibb bacısı deyir ki, yalnız ümidsizlik içində İsadan kömək istədikdən sonra komadan çıxa bilib. Bu, doqquzuncu və ya onuncu gün baş verib.

Həyatını tam dəyişib

Sağaldıqdan sonra Bricit həyatını tamamilə dəyişib. Spirtli içkilərdən imtina edib, özünü inancına həsr edib və indi yaşadıqlarını aktiv şəkildə insanlarla bölüşərək onları mənəviyyat barədə düşünməyə çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 279

Oxşar yazılar