Kraliça II Yelizavetanın klassik Earl Grey çayını və Bendicks Bittermints konfetlərini çox sevdiyi hamıya məlumdur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, amma kral ailəsinin səyahətlərində həmişə özü ilə apardığı və uzun müddət gizli saxlanılan başqa bir içki də var imiş.
“Lemon Refresher” – kraliçanın gizli limonlu içkisi
Kraliçanın keçmiş şəxsi aşpazı, saray mətbəxində 15 ildən çox işləmiş Darren McGrady bu içkinin sirrini açıqlayıb. Onun sözlərinə görə, “Lemon Refresher” adlı bu içki hər ay iri miqdarda hazırlanır, boş tonik butulkalarına doldurulurdu. Sonra isə Sandrinhema, Vindzor və Balmoral saraylarına, Edinburqa, hətta krallıq yaxtası Britanniaya belə aparılırdı.
İçkinin xüsusiyyəti
“Lemon Refresher” limona bənzəsə də, xüsusi inqrediyentləri sayəsində daha parlaq, güclü və bir qədər kəskin dada malikdir. Ən böyük üstünlüyü isə yayda əla sərinləşdirməsi və soyuducuda həftələrlə qala bilməsidir. Üstəlik, ətrinin möhtəşəm olması da onu kraliçanın sevimlisinə çevirib.
Resept
İnqrediyentlər: 6 ədəd limon, 1 kiloqram şəkər, 30 qram vinko turşusu, 30 qram limon turşusu, 2 litr qaynar su
Hazırlanması: Limonların qabığını sürtüb suyunu sıxın, böyük qazana şəkəri, turşuları və qabığı əlavə edib qaynar suda həll edin. Limon suyunu da qarışığa əlavə edib yaxşıca qarışdırın, soyumağa qoyun, sonra süzüb butulkalara doldurun və soyuducuda saxlayın.
İçki konsentrat şəklində hazırlanır. İstifadədən əvvəl soyuq su ilə zövqə görə (təxminən 1:4 nisbətində) durulaşdırılır. İstəyə görə buzla və ya qazlı mineral su ilə servis etmək olar.