Lerikdə onlayn qumar  oynayanlar tutuldu
01 oktyabr 2025 12:44 (UTC +04:00)

Lerikdə onlayn qumar oynayanlar tutuldu

0

Lerikdə qanunsuz onlayn qumar və mərc oyunları ilə məşğul olanlara qarşı əməliyyat keçirilib.

Lent.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə "Pin-up", "Pinco", "1Win" adlı onlayn qumar oyunları oynayan 5 nəfər Lerik rayon sakini - İ.Qafarov, O.Heybətzadə, N.Məmmədov, C.Xosrovov, N.Mirzəyev müəyyən edilərək saxlanılıblar.

Onlardan bəziləri hətta valideynləri və digər ailə üzvlərinin adına olan bank kartları vasitəsilə ödəniş edərək qanunsuz mərc oyunlarına qoşulublar.

Həmin şəxslərin hər biri barəsində məsuliyyət tədbirləri görülüb.

Qeyd edək ki, ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən mərc və digər qumar oyunları ilə məşğul olmaq hüquqi məsuliyyətə səbəb olmaqla yanaşı həm də kibercinayətin qurbanı olmaq, şəxsi məlumatların və maddi vəsaitin itirilməsi risklərini də yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 434

Oxşar yazılar