Nazir ödənişli imtahanlar barədə: “Məqsəd pul  yığmaq deyil”
11 sentyabr 2025 12:00 (UTC +04:00)

Nazir ödənişli imtahanlar barədə: “Məqsəd pul yığmaq deyil”

0

"MİQ hamı üçün ödənişli olmayacaq, ilk dəfə iştirak edənlər, şəhid ailələrinin üzvləri və digər xüsusi şəxslər üçün imtahan ödənişsiz olacaq".

Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə deyib.

"MİQ imtahanı üçün 60 min adam müraciət edir, 48 min nəfər gəlir, bu bizim üçün əlavə xərcdir. 12 min şəxsin gəlməməsi onlara ayrılmış texniki resusun istifadə olunmaması deməkdir. MİQ imtahanının qiyməti çox yüksək olmayacaq. Məqsəd pul yığmaq deyil, məsuliyyət aparmaqdır", - nazir bildirib./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar