ABŞ-da məktəbdə ATIŞMA:  şagirdlər yaralandı
11 sentyabr 2025 00:36 (UTC +04:00)

ABŞ-da məktəbdə ATIŞMA: şagirdlər yaralandı

0

ABŞ-ın Kolorado ştatının Evergrin şəhərindəki orta məktəbdə baş verən atışma nəticəsində ən azı üç nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, xəsarət alanlardan ikisi şagirddir. Yaralıların vəziyyəti kritik olaraq qiymətləndirilir.

Polis yerli sakinlərə hadisə yerinə yaxınlaşmamağı tövsiyə edib.

Atəş açan şəxs barədə hələlik məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar