Yuxusuzluğu aradan qaldıracaq  yapon üsulu: Dərman lazım deyil
27 oktyabr 2025 15:53 (UTC +04:00)

Yuxusuzluğu aradan qaldıracaq yapon üsulu: Dərman lazım deyil

0

Bəzən fiziki yorğun olsanız da, beyin fikirlərlə dolu olduğuna görə yuxu gəlmir. Yaponların hazırladığı “yumşaq yırğalanma” texnikası məhz bu paradoksal vəziyyəti dərmansız həll etməyə kömək edir.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, bu üsul beynin ən dərin qatlarında yerləşən sakitləşdirici mexanizmləri işə salır və orqanizmi “yuxu rejiminə” keçirir.

Yapon texnikası ilə necə yuxuya getmək olar

Tez uzanmağa tələsməyin əvvəl oturun

Yatağın kənarında və ya stulda düz bel ilə oturun.

Gözlərinizi yumun və nəfəsi sakitləşdirin

Dərin, bərabər və yavaş nəfəs bədəni ilkin rahatlama rejiminə salır.

Əsas mərhələ yumşaq, ritmik yırğalanma

Başınızı iki yana sanki köhnə yavaş hərəkətli qatarın içindəsinizmiş kimi sakitcə sağa-sola yelləyin. Hərəkət çox zəif və monoton olmalıdır.

2-3 dəqiqə ərzində təxminən 100-150 bu cür hərəkət edin.

Bədən “ağırlaşdığı” an dərhal uzanın

Siz xoş ağırlıq, istilik və ya yüngül başgicəllənmə hiss etdiyiniz anda hərəkəti dayandırıb yatağa uzanmalısınız. Beyin artıq “sönüb” və yuxu avtomatik gələcək.

Bu üsul niyə işləyir?

Boyun-çiyin gərginliyini avtomatik açır. Yüngül ritmik hərəkət bu zonadakı gizli spazmları boşaldır, beyin qanlanmasını artırır, sakitləşmə mexanizmini işə salır.

Kortizol stress hormonunu azaldır

Ritmik yırğalanma beyin üçün “təhlükə yoxdur” siqnalıdır. Nəticədə müdafiə rejimi sönür, narahatlıq sürətlə azalır.

Beyin dalğaları “yuxu tezliyinə” keçir

Aktiv düşüncə ilə bağlı beta-dalğalar zəifləyir, onların yerinə sakitləşdirici alfa-ritmlər gəlir bu isə yuxunun birinci mərhələsinə giriş nöqtəsidir.

Bu metod, yuxu dərmanı qəbul etmək istəməyən, ancaq beynin “sönmə düyməsini” özündən asılı şəkildə tapa bilməyən insanlar üçün ideal, təbii və effektli həll yoludur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar