Elman Nəsirovdan qızı ilə bağlı iddialara AQRESSİV CAVAB
27 oktyabr 2025 11:13 (UTC +04:00)

Elman Nəsirovdan qızı ilə bağlı iddialara AQRESSİV CAVAB

0

Xəbər verdiyimiz kimi Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirovun qızı olduğunu iddia edən Laləzər Əliyeva sosial şəbəkədə yayımladığı çıxışı ilə gündəm oldu. Sözügedən məsələyə isə deputat “radikal müxalifətin işidir”,-deyə cavab verdi.

Bu cavab iddiaları nə təsdiq, nə də ki, təkzib etdi. Məsələ ilə bağlı Lent.az-ın əməkdaşı da Elmar Nəsirovla əlaqə saxlayıb, iddiaların doğru olub-olmadığını dəqiqləşdirdi.

Lakin deputat aqressiv tonda “xanım, mənim ixtisasım beynəlxalq münasibətlər və xarici siyasətdir. Gəlin, onlardan danışaq. Siz dediyiniz mövzu isə həm köhnəlib, həm də təxribatdır. Sağ olun!”,-dedi.

Görünən odur ki, deputat şəxsi məsələlərlə bağlı adekvat cavablar verməkdən yayınır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1310

Oxşar yazılar