Gəncədə "Prius" piyadanı vurub, öldürdü
27 oktyabr 2025 09:29 (UTC +04:00)

Gəncədə "Prius" piyadanı vurub, öldürdü

0

Xəbər verdiyimiz kimi Gəncədə "Prius" piyadanı vuraraq, öldürüb.

Lent.az xəbər verir ki, oktyabrın 25-i saat 22 radələrində 19 yaşlı Süleymanov Rəsul oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobil ilə Gəncə şəhəri, P.Səmədov küçəsi ilə hərəkətdə olub, H.Əliyev küçəsinə sola dönmə əməliyyatı yerinə yetirərkən, yolu keçmək istəyən 69 yaşlı piyada Natiq Bağırovu vurub.

Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən vəfat edib.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar