Bakıda fərdi yaşayış evində yanğın olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində qeydə alınıb. Yanğın nəticəsində 1960-cı il təvəlüdlü Əliyev Nəcəf Əli oğlu müxtəlif dərəcəli yanıq xəsarəti alıb.
Xəsarət alan şəxs Respublika Yanıq Mərkəzinə yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Sənan Bəhrəmli
Bakıda ev yandı, xəsarət alan var
0
0
0
0