Tramp Malayziyada hava limanında rəqs etdi -VİDEO
26 oktyabr 2025 13:22 (UTC +04:00)

Tramp Malayziyada hava limanında rəqs etdi -VİDEO

0

ABŞ prezidenti Donald Tramp Malayziyaya gəlib və bir nömrəli təyyarənin nərdivanı önündə onu qarşılayan rəqs ansamblının yanından laqeyd keçə bilməyib.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Amerika prezidenti “nə üçün onlarla birlikdə rəqs etməyim” deyərək ansambla qoşulub və rəqs etməyə başlayıb. Daha sonra o, yenidən qırmızı xalçaya qayıdıb. Trampın rəqslərini əks etdirən video artıq dünyanın bütün media qurumlarında yayılıb.

Videodan göründüyü kimi, Amerika prezidentinin bu davranışı aerodromda olan bütün şəxsləri xeyli təəccübləndirib.

Malayziyada rəqslərdən əlavə, Tramp Cənub-Şərqi Asiya ölkələrinin sammitində Kamboca və Tayland arasında sülh sazişinin imzalanması mərasiminə də qoşulub. Sazişi Kambocanın baş naziri Hun Manet, Tayland hökumətinin başçısı Anutin Çarnviranqul, Tramp və Malayziyanın baş naziri Anvar İbrahim imzalayıblar.

Xatırladaq ki, Kamboca ilə Tayland arasında münaqişə iyul ayında başlamış və beş gün davam etmişdi. Həmin vaxt 33 dinc sakin həlak olmuş, yüz minlərlə insan evlərini tərk etmişdi.

Tramp bildirib ki, məhz onun müdaxiləsi hərbi əməliyyatların dayandırılmasına kömək edib, çünki hər iki ölkənin lideri ilə telefon danışığından sonra o, müharibənin davamı halında ticarət razılaşmalarından imtina edəcəkləri ilə hədələyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar