Türkiyədə yeniyetmə oğlan atasını öldürüb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Şırnak rayonunu İdil qəsəbəsində baş verib.
14 yaşlı İ.Ö. naməlum səbəbdən 40 yaşlı atası M.Ş.Ö.-yə atəş açıb. Ağır yaralanan kişi xəstəxanaya aparılıb. Lakin görülən tədbirlərə rəğmən, onu xilas etmək mümkün olmayıb.
Hadisə yerindən qaçan oğul isə axtarışlar nəticəsində Mardin rayonunu Midyat qəsəbəsində ələ keçirilib.