Azərbaycanda 5 dəstə ƏLƏ KEÇİRİLDİ:  çirkli pullar, kart alveri... - VİDEO
25 oktyabr 2025 13:45 (UTC +04:00)

Azərbaycanda 5 dəstə ƏLƏ KEÇİRİLDİ: çirkli pullar, kart alveri... - VİDEO

0

Sosial şəbəkələrdə onlayn qumar və mərc oyunlarından əldə edilən pul vəsaitlərinin köçürülməsi, eləcə də leqallaşdırılmasında istifadə olunan bank kartlarının qanunsuz alqı-satqısını həyata keçirən dəstə üzvlərinə qarşı polis əməkdaşları tərəfindən xüsusi əməliyyat-texniki tədbirlər keçirilib.

DİN-dən Lent.az-a verilən xəbərə görə, tədbirlər Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilib. Nəticədə 5 fərqli dəstənin 12 nəfərdən ibarət üzvü - Əjdər Əzizov, Fərman Cəfərov, Hikmət Quliyev, habelə Adəm Əliyev, onun tanışı Cavid İsmayılzadə, Əlvan Musayev, onunla əlbir olan Məhərrəm Babayev, Rəvan Mehdiyev, Aydın Məmmədzadə, Adil Məmmədov, həmçinin Alşan Səfərov və Rüstəm Novruzov saxlanılıblar.

Daxil olan əməliyyat məlumatları əsasında müəyyən edilib ki, saxlanılan şəxslər bank kartlarını ayrı-ayrı vətəndaşlara ödənişlər edərək alıblar.

Daha sonra həmin kartların böyük əksəriyyəti cinayət əməllərində istifadə edilməsi məqsədi ilə əsəsən “telegram” sosial şəbəkəsində ölkə xaricində cinayətkar fəaliyyətlə məşğul olan şəxslərə satılıb. Əməliyyat zamanı saxlanılan şəxslərin əldə etdikləri 2 mindən artıq bank kartının cinayətkar fəaliyyətə yönləndirildiyi aşkarlanıb.

Qeyd edək ki, əksər hallarda öz kartını dəstə üzvlərinə təqdim edən şəxslər onların hansı məqsədlər üçün istifadə ediləcəyindən xəbərsiz olublar.

Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.

Vətəndaşlara bir daha müraciət edərək bildiririk ki, öz bank rekvizitlərinin üçüncü şəxslərə "drop", yəni cinayət faktlarında istifadə edilməsi məqsədi ilə təqdim olunması yolverilməzdir. Əgər bank kartınızdan qeyri-leqal məqsədlər üçün istifadə edildiyini müəyyən etmisinizsə, hesabınıza mənbəyi şübhəli olan pul vəsaitləri köçürülübsə və ya sizə ödəniş müqabilində kart məlumatlarınızı satmaq təklif edilirsə, bu barədə dərhal polis orqanlarına məlumat verməyiniz tövsiyə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 459

Oxşar yazılar