Həftədə nə qədər gəzmək ölüm riskini 26% azaldır?
25 oktyabr 2025 10:17 (UTC +04:00)

Həftədə nə qədər gəzmək ölüm riskini 26% azaldır?

0

13 minədək yaşlı qadının iştirakı ilə aparılan yeni tədqiqat göstərib ki, həftədə iki dəfə 40 dəqiqəlik gəzinti ölüm riskini 26% azalda bilər.

Lent.az xarici mediaya istinadla məlumat verir ki, Britaniyanın İdman Tibb Jurnalında dərc olunmuş yeni araşdırma gündəlik addım sayını toplama vərdişinə meydan oxuyur. Alimlərin rəyinə görə, yaşlı qadınlar üçün həftədə iki uzun gəzinti gündəlik qısa gəzintilərdən daha faydalı ola bilər. Nəticələr göstərib ki, cəmi iki 40 dəqiqəlik gəzinti (təxminən 4000 addım) infarkt və insultdan ölüm riskini dörddə birindən çox azaldır.

Miqdar, tezlikdən daha önəmlidir

Boston Brigham Qadınlar Xəstəxanasının mütəxəssisləri orta yaşı 71 olan 13 mindən çox qadının həftəlik aktivliyini demək olar ki, 11 il ərzində izləyiblər. Tədqiqatın aparıcı müəllifi, doktor Riku­ta Hamaya bildirib ki, yaşlı qadınların ürək sağlamlığı üçün həftəlik ümumi addım sayı, gəzintinin neçə günə bölündüyündən daha vacibdir. O qeyd edib: “Ən yaxşı addım sxemi yoxdur addımların “qrup halında toplanması” da sağlamlıq üçün real seçimdir".

Araşdırma göstərib ki, həftədə bir və ya iki gün ərzində gündə azı 4000 addım atan qadınlarda, bu addımları atmayanlara nisbətdə ölüm riski 26 faiz daha aşağı olub. Daha tez-tez və ya daha uzun gəzintilər sağlamlıq baxımından əlavə ciddi üstünlüklər yaratmayıb. Hətta həftədə üç dəfə 4000 addım atmaq ümumi ölüm riskini 40%-ə qədər azaldıb, baxmayaraq ki, ürək-damar xəstəliklərindən ölüm riski əvvəlki kimi 27% səviyyəsində qalıb.

10 min addıma alternativ

Bu tədqiqat gündə 10 min addım hədəfinin zəruriliyini yenidən müzakirəyə çıxarır. Məsələn, keçən ay Avstraliya tədqiqatçıları müəyyən ediblər ki, gündə cəmi 7000 addım atmaq da təxminən eyni fayda verir vaxtından əvvəl ölüm riskini 47% azaldır. Alimlərin nəticəsinə görə, həkimlər yaşlı qadınlara həftədə bir və ya iki dəfə belə olsa, gündə 4000 addım atmağa çalışmağı tövsiyə etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar