Deputat Elman Nəsirovun qızı olduğunu deyən qadın atasına qarşı şok ittihamlar səsləndirib.
Lent.az xəbər verir ki, bu barədə həmin şəxs, Laləzar Əliyeva (Nəsirova) sosial şəbəkədə videomüraciət yayıb. O, videomüraciətdə Elman Nəsirovun birinci evlilikdən qızı olduğunu deyib.
Qadının sözlərinə görə, valideynləri boşanandan sonra atası ona aliment ödəməyib. Hazırda evlidir və ailəsi tərəfindən çətinliklər görür:
"Atam mənimlə maraqlanmır, çöllərdə qalmışam. Həmişə tək olmuşam, heç vaxt mənimlə görüşməyib. Heç zaman bu barədə məlumat yaymamışam ki, atamın işinə xələl gəlməsin. Amma indi ev telefonunu, yaşadığı ünvanı məndən gizlədir. Hər iki nömrəmi atıb bloka".
Globalinfo.az saytı məsələ ilə bağlı Elman Nəsirovla əlaqə saxlayıb. O, bununla bağlı şərhi olmadığını deyib:
“Bu, radikal müxalifətin işidir, çünki onların hədəfindəyəm. Radikallarla ömrümün sonunadək mübarizədə olacağam. Onlar o qədər tükənib ki, başqa insanlardan əleyhimə istifadə edirlər. Yazıqsınız!”.
Göründüyü kimi, deputat Elman Nəsirov Laləzər Əliyevanın onun qızı olduğunu birmənalı şəkildə inkar etmir. Bu da iddiaların doğru olduğuna dair müəyyən qənaət formalaşdırır.
Daha ətraflı videonu izləyin: