Ermənistanın paytaxtı Yerevanda siyasətçinin oğlu intihar edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Papazyan küçəsində baş verib. Məlumata görə, güllə yarası ilə hospitala yerləşdirilən şəxs “Daşnaksütyun” partiyasının üzvü Qrant Marqaryanın oğludur.
Qeyd olunur ki, o, odlu silahla özünü güllələyib. Xəsarət alaraq, xəstəxanaya yerləşdirilən oğlanı həyatını xilas etmək olmayıb.
Digər bir məlumata görə, onun intihara cəhd zamanı istifadə etdiyi silah qondarma Artsax “rəhbər”lərindən biri tərəfindən hədiyyə edilib.
