“iPhone”lar etibarlılığı və düşünülmüş dizaynı ilə məşhurdur, amma mükəmməl deyillər. Bəzi funksiyalar istifadəçiləri illərdir narazı salır. Onların bir qismi parametrlərdə söndürülə bilir, digərilərindən isə qaçış yoxdur.
Lent.az ən çox qıcıq doğuran 11 funksiya barədə xəbər verir.
1) Autokorreksiya, mətnləri “korlayan”
“iPhone”nun avtomatik düzəliş funksiyası bəzən səhvi düzəltməkdənsə, cümləni mənasız hala gətirir. Yeni iOS yeniləmələri ilə şikayətlər artır. Söndürmək olar: Parametrlər - Əsas - Klaviatura - Avtokorreksiya
2) Liquid Glass interfeysi – gözlər üçün yorucu
“iOS”un yeni şəffaflıq və parıltı effekti vizual olaraq gözəldir, amma oxunaqlılığı azaldır. Tam söndürmək olmur, amma zəiflətmək olar: Parametrlər - Universal Access - Ekran və mətn ölçüsü - Şəffaflığı azalt
3) Fotolarda xaos
iOS 18 “Foto” tətbiqinin strukturunu dəyişdi. Çoxları lazım olan şəkli tapa bilmir. Həll: “Customize” bölməsində bölmələri yenidən qurmaq və lazımsızları gizlətmək.
4) Videoların avtomatik loop olması
Qalereyada videolar TikTok kimi avtomatik təkrar olunur. Bu, videonu kiməsə göstərərkən narahat edir. Söndürmək mümkündür: Parametrlər - Tətbiqlər - Foto - Loop Video
5) Zəng tarixçəsi - cəmi 100 qeyd
iPhone yalnız son 100 zəngi saxlayır. Limit artırmaq olmur. Köhnə zəngləri yalnız operator bərpa edə bilər.
6) Təsadüfi screenshotlar
Bloklama və səs düymələri eyni səviyyədədir. Nəticədə telefon tez-tez öz-özünə screenshot çəkir. Söndürmək olmur, yalnız vərdiş etmək qalır.
7) Rəqəmsiz klaviatura
Apple hələ də ayrıca rəqəm sırası əlavə etməyib. Şifrələr və nömrələr üçün rejim dəyişmək lazımdır. Alternativ: SwiftKey kimi 3rd party klaviatura.
8) Wi-Fi və “Bluetooth”un tam söndürülməməsi
Control Center-dən söndürmək yalnız müvəqqəti əlaqəni kəsir. Tam deaktiv etmək üçün yalnız Ayarlar-a girmək lazımdır.
9) Saat və Taymer — təhlükəli oxşarlıq
Blok ekranında “Snooze” və “Stop” düymələrinin görünüşü demək olar eynidir. Yuxulu halda səhv vurmaq və yatıb qalmaq asandır.
10) Ümumi səs səviyyəsi
Bildirişlər, zəng və media üçün ayrıca səs tənzimləməsi yoxdur. Videonun səsini aşağı salanda zəngi də qaçıra bilərsən.
11) Notifikasiyalarda nizamsızlıq
Bildirişlərin sinxronizasiyası qeyri-sabitdir: iPhone-da bağlayırsan, “iPad”də qalır. Tarixçə yoxdur. Səhvən silinən push geri qaytarılmır.