Paltarları soldan sağa deyil, yuxarıdan aşağıya ütüləmək bir çoxlarının nəzərdən qaçırdığı qaydalardan yalnız biridir.
Gəlin, çoxlarının etdiyi səhvləri və hansı parçaların ümumiyyətlə ütülənməməli olduğunu öyrənək.
Lent.az düzgün qaydanı təqdim edir:
Məlum olub ki, bir çox insanlar paltar ütüləməyi düzgün bacarmır. Nəticədə sevdikləri geyimlər uzanır, formasını itirir və ütülər tez xarab olur. Mütəxəssislər demək olar ki, hamının etdiyi ən çox yayılmış səhvləri sadalayıb və geyimlərinizi ideal vəziyyətdə saxlamağa kömək edəcək sadə ütüləmə qaydalarını açıqlayıblar.
Ən əsas və vacib qayda: Ütüləmək yalnız tam təmiz paltarlar üzərində aparılmalıdır. Əgər parçanın üzərində azacıq, gözə çarpmayan ləkə belə varsa, yüksək temperaturun təsirindən bu ləkə parçanın dərinliyinə işləyəcək. Sonradan onu çıxarmaq demək olar ki, mümkün olmayacaq.
Düzgün üsul: yuxarıdan aşağıya
Əksər insanlar ütünü təsadüfi və ya soldan sağa hərəkət etdirirlər. Bu, parçanın dartılmasına və formasını itirməsinə səbəb olan ciddi səhvdir. Düzgün istiqamət yuxarıdan aşağıya, liflərin istiqaməti boyunca ütüləməkdir. Bu, geyimin formasını qoruyur. Bütün parçalar nəmdən və istilikdən eyni dərəcədə təsirlənmir. Bu sadə qaydaları yadda saxlayın:
Pambıq və kətan: Bu parçalar “nəmli ütüləməni” sevir, ona görə də bir qədər nəm halda ütüləmək məsləhətdir.
Dəst (yataq dəsti): Tez-tez pambıqdan hazırlansa da, onu nəm halda ütüləmək olmaz əks halda yumşaqlığını itirir.
Yun: Yun geyimlər quru halda, lakin mütləq nəm parça (məsələn, tənzif və ya pambıq salfet) vasitəsilə ütülənməlidir ki, deformasiyadan qorunsun.
İpək və məxmər: Yalnız parça içərisindən, azacıq ilıq ütü ilə ütülənməlidir (yalnız etiketdə icazə verilmişsə).
Məxmər dəsmallar: Ümumiyyətlə, ütüləmək məsləhət deyil. Yüksək istilik tükcükləri sıxır və dəsmallar yumşaqlığını və həcmini itirir.
Ütünü “öldürməmək” üçün iki vacib qayda
Ütülər çox vaxt zavod qüsuruna görə deyil, səhv istifadəyə görə xarab olur. Uzunömürlü istifadə üçün bu iki qaydaya əməl edin: Su olmadıqda buxar rejimini işə salmayın. Bu, istilik elementi (TEN) yanmasına səbəb ola bilər. Ütüdə suyu istifadə etdikdən sonra saxlamayın. Qalan su buxar dəliklərində kirəclənməyə və tıxanmalara gətirib çıxarır, nəticədə ütü ləkə buraxa bilər.
Qeyd edək ki, təmizlik üzrə mütəxəssislər, sobanı köhnə yağ və kir qatlarından aqressiv kimyəvi vasitələrsiz təmizləməyin sadə üsullarını da bölüşüblər. Ən effektiv üsullardan biri adi qab yuma tabletkasını ilıq suda isladıb kirli səthləri silmək, həmçinin gecə ərzində tətbiq edilən soda və su pastasıdır.
Parıltılı nəticə üçün isə səhər qalan sodanın üzərinə sirkə püskürtmək tövsiyə olunur. Lakin metal süngərlərin istifadəsi məsləhət deyil, çünki onlar sobanın səthini cıza bilər.