Valideynlərə MƏSLƏHƏT:  Uşağınızın əvəzinə ev tapşırığını  həll etməyin
24 oktyabr 2025 15:08 (UTC +04:00)

Valideynlərə MƏSLƏHƏT: Uşağınızın əvəzinə ev tapşırığını həll etməyin

0

Bir çox valideyn hər axşam repetitor roluna girərək, uşaqlarının yerinə məktəb tapşırıqlarını yerinə yetirir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu vərdiş təkcə böyüklərin gücünü tükəndirmir, həm də uşağın müstəqillik və məsuliyyət hissinin formalaşmasına mane olur.

Psixoloqlar tövsiyə edirlər ki, diqqəti nəticənin nəzarətindən tapşırığın təşkilinə dəstəyə yönəltmək lazımdır. Valideyn uşağa dərs planı tərtib etməkdə, fənlərin ardıcıllığını müəyyənləşdirməkdə və hər biri üçün vaxt ayırmaqda kömək edə bilər.

Uşağın dərsə oturması üçün sabit gündəlik rejim yaratmaq vacibdir məsələn, istirahətdən sonra eyni vaxtda. Valideyn isə yaxınlıqda olub öz işləri ilə məşğul olmalı, lakin məsələləri izah etmək üçün əlçatan olmalıdır amma tapşırığı onun yerinə etməməlidir, deyə Belnovosti xəbər verir. Uşaq sual verdikdə, dərhal cavab vermək əvəzinə, onu məlumat mənbəyinə yönəltmək daha faydalıdır məsələn, dərsliyə və ya qeyd dəftərinə.
Həmçinin istiqamətverici suallar vermək olar:

“Bu tapşırığın hansı hissəsini başa düşmədin?"

“Bu fənndə hansı mövzunu keçmisiniz?"

Bu yanaşma uşağa problemi analiz etməyi və həlli yollarını tapmağı öyrədir, yəni o, valideynin ipucu verməsinə ümid bağlamır. Əgər iş səhvlərlə yerinə yetirilibsə, uşağa onları özünün tapıb düzəltməsi üçün vaxt vermək lazımdır, uğursuzluğa fokuslanmadan. Tədricən uşağın məsuliyyət zonasını genişləndirmək gərəkdir məsələn, ona tapşırıqları nə vaxt və hansı ardıcıllıqla yerinə yetirəcəyinə qərar vermək imkanı vermək.

Valideynlərin qiymətlərə görə keçirdiyi narahatlıq və stress yalnız uşağın gərginliyini artırır və onda “mən anam üçün oxuyuram” düşüncəsini formalaşdırır. Halbuki etibar və sakit dəstək uşağı motivasiya etməkdə davamlı nəzarət və təzyiqdən daha təsirli olur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 434

Oxşar yazılar