Otel bron edərkən turistlərin gözdən qaçırdığı məqamlar
24 oktyabr 2025 14:39 (UTC +04:00)

Otel bron edərkən turistlərin gözdən qaçırdığı məqamlar

0

Tətildə və ya ezamiyyətdə qalmaq və dincəlmək üçün ideal məkanı necə seçmək olar bunu ekspert izah edib. Səyahətin planlaşdırılması zamanı əsas faktorlardan biri otelin düzgün seçilməsidir.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə,tTuristlərin əksəriyyəti adətən yerləşmə, xarici görünüş, qiymət və rəylərə diqqət yetirir, lakin çox vaxt daha az gözə çarpan, amma az önəmli olmayan detalları nəzərdən qaçırırlar.

İspan platforması "Descubriendo Viajes"in təsisçisi Xavyer Sobrino Daily Express-ə müsahibəsində bildirib ki, bir çox səyahətçi nömrənin yerləşdiyi mərtəbənin əhəmiyyətini qiymətləndirmir, baxmayaraq ki, bu, oteldə qalma təəssüratına ciddi təsir edir.

Mütəxəssis yüzlərlə oteli təhlil etdikdən sonra belə nəticəyə gəlib ki, ən optimal seçim üçüncü – altıncı mərtəbələrdə yerləşən otaqları bron etməkdir. Bu mərtəbələr həm məxfilik və təhlükəsizlik baxımından kifayət qədər yüksək sayılır, həm də sürətli çıxış və rahat hərəkət üçün əlverişlidir.

Sobrino izah edir ki, birinci mərtəbələr təhlükəli ola bilər, çünki pəncərə və qapılardan otağa daxil olmaq asandır və cinayətkarlar çox vaxt məhz birinci–ikinci mərtəbələrdə rast gəlinir. Eyni zamanda, çox yüksək mərtəbələr fövqəladə hallar zamanı çətinlik yaradır: liftin işləməməsi və ya yanğın zamanı pilləkənlə enmək-çıxmaq müşkül ola bilər, üstəlik, yanğınsöndürmə texnikası çox vaxt altıncı mərtəbədən yuxarıya çatmır.

“Məsələn, yanğın və ya digər fövqəladə vəziyyətlərdə altıncı mərtəbədən yuxarı mərtəbələr xilasedicilər üçün əlavə çətinlik yaradır, çünki yanğınsöndürən maşınların nərdivanları adətən bu səviyyədən yuxarı qalxmır”.

Təhlükəsizlikdən əlavə, orta mərtəbələr daha yüksək komfort səviyyəsi də təmin edir: onlar küçə səsi və vibrasiyalardan (ilk mərtəbələrdə daha çox hiss olunur) uzaq olmağa imkan verir və eyni zamanda çox yuxarı mərtəbələrdə olduğu kimi uzun müddət lift gözləməyi və ya pilləkənlə qalxmağı tələb etmir. Beləliklə, otaq bron edərkən yalnız pəncərədən görünən mənzərəni və qiyməti deyil, həm də mərtəbəni nəzərə almağa dəyər bu kiçik, amma əhəmiyyətli qərar istirahəti daha sakit, rahat və təhlükəsiz edə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar