Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual sərnişinlərin metroda əl yükü aparmağa görə verdikləri gediş haqqı bağlıdır.
Metroda apardığımız əl yükünə görə gediş haqqı verməliyik?
Lent.az xəbər verir ki, Bakı Metropolitenindən istifadə Qaydalarına əsasən, sərnişinlər uzunluq, en və hündürlük ölçülərinin cəmi 121 santimetrdən, 200 santimetrə qədər olan hər bir əl yükü üçün, eləcə də uzunluğu 151 santimetrdən, 220 santimetrə qədər olan uzun ölçülü hər bir əl yükü üçün gedişhaqqı ödəməlidirlər.
“Gedişhaqqı qiymətinə uyğun olaraq, əl yükləri də eyni məbləğlə aparılır. Həmçinin ödənişsiz keçid hüququ verən sənəd gediş haqqı ödənilməli olan ödənişsiz aparılmasına hüquq vermir”.