"OpenAI" və "Oracle" 300 milyard dollarlıq  müqavilə imzaladı
11 sentyabr 2025 04:50 (UTC +04:00)

"OpenAI" və "Oracle" 300 milyard dollarlıq müqavilə imzaladı

0

ChatGPT-in yaradıcısı olan ABŞ şirkəti "OpenAI" şirkəti süni intellektin (Sİ) inkişafı üçün "Oracle" korporasiyası ilə 300 milyard dollar dəyərində, beş illik müqavilə bağlayıb.

Lent.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, "Oracle" şirkətinin yeni gəlirlərinin böyük hissəsi "OpenAI" ilə razılaşmadan qaynaqlanır.

Müqavilənin məbləği "OpenAI" şirkətinin hazırkı dövriyyəsini xeyli üstələyir və bulud hesablama sahəsində indiyədək bağlanmış ən böyük sazişlərdən biri hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar