Azərbaycana qaçan iranlılar  saxlanıldı
11 sentyabr 2025 09:32 (UTC +04:00)

Azərbaycana qaçan iranlılar saxlanıldı

0

İran vətəndaşları Azərbaycana qanunsuz keçməyə cəhd ediblər.

Bu barədə Lent.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, sentyabrın 9-da "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İran İslam Respublikasından Azərbaycan Respublikasına keçən İran vətəndaşları – 23 yaşlı, Sadeq Necat Muhammed Reza Ruhullah və 25 yaşlı Sadeq Necat Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılıb.

Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada müqabil tərəfə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 490

Oxşar yazılar