Ögey övlad atanın pensiyasını necə ala bilər? - CAVAB
11 sentyabr 2025 13:13 (UTC +04:00)

Ögey övlad atanın pensiyasını necə ala bilər? - CAVAB

0

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu ögey övladın ailə başçısını itirməyə görə atasının pensiyasını alması ilə bağlıdır.

Ögey övladın ailə başçısını itirməyə görə atasının pensiyasını alması üçün hüquq yaradan hansı sənəd tələb olunur?

Lent.az xəbər verir ki, bu kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun müəyyənləşdirilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

Əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti, ögey övladın doğum haqqında şəhadətnaməsinin surəti, ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının) surəti, ögey övladın 23 yaşınadək əyani təhsil alması barədə təhsil müəssisəsinin arayışı, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş ögey övladın 18 yaşından yuxarı əlilliyinin olması barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticələri barədə çıxarışana və atanın nikah haqqında şəhadətnaməsinin surəti, vəfat edənin sığorta stajını təsdiq edən sənəd.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 586

Oxşar yazılar