"Bakıkart" terminalları hələ də qəpik götürmür - Problemin həlli  buna görə uzanır
11 sentyabr 2025 11:25 (UTC +04:00)

"Bakıkart" terminalları hələ də qəpik götürmür - Problemin həlli buna görə uzanır

0

“Bakıkart” terminallarında dəmir pul yerləşdirilən hissələr qapadılıb. Bu hal paytaxtın bir sıra ərazilərində, o cümlədən Bayılda, "Jurnalistlər binası" adlanan yerdə və 20-ci sahədə uzun müddətdir müşahidə olunur.

Sakinlər bildirir ki, terminallara yalnız kağız pul yükləmək olur, bəzən isə o heç o da, mümkün olmur. Uzun zamandır bu problem var, amma həll olmaq bilmir.

Məsələ ilə bağlı “Bakıkart”dan Lent.az-ın sorğusuna bildirildi ki, qeyd olunan terminallarda metal pul nişanlarının (qəpiklərin) qəbulu funksiyasında müvəqqəti texniki nasazlıq yaranıb:

“Mövcud texniki nasazlıqları aradan qaldırılması məqsədilə təcili tədbirlər görülmüşdür. Terminalların metal pul nişanlarının qəbulu üçün tələb olunan ehtiyat hissələri artıq sifariş olunub.

Qəpiklərlə ödənişin bütün terminallarda qəbul edilməsi təmin olunacaq, və terminallar tam funksional rejimdə fəaliyyət göstərəcəkdir. Bu məsələnin qısa müddət ərzində həll olunması planlaşdırılır”.

Qeyd edək ki, həmin ərazilərdəki bu problemlə bağlı dəfələrlə yazı dərc etmişik, hər birində isə eyni cümlə: “Mövcud problem həll ediləcək”. Ümid edirik ki, bu barədə yazdığımız sonuncu problem olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar