ABŞ-ın müharibə naziri Pit Heqset artıq çəkili generalları hədəfə alaraq keçirdiyi son iclasda artıq çəkili generalları hədəf alıb.
Lent.az xəbər verir ki, Heqset gündəmlə ayaqlaşmayan generallara istefa verməyi tövsiyə edib.
“Pentaqonun dəhlizlərində artıq çəkili generalları və admiralları görmək qətiyyən qəbuledilməzdir. Əgər bu gün dediyim sözlər ürəyinizi ağrıdırsa, o zaman şərəfli iş görüb istefa verin. Qeyri-peşəkar görünüş dövrü bitdi”, - o deyib.