Bu ölkədən  Azərbaycana gətirilən avtomobilləri alan yoxdur  – AÇIQLAMA
30 sentyabr 2025 17:07 (UTC +04:00)

Bu ölkədən Azərbaycana gətirilən avtomobilləri alan yoxdur – AÇIQLAMA

0

Son illər Azərbaycana ən çox maşın Çindən gətirilir. Çinlə yanaşı Koreya və ABŞ-dan da avtomobil idxalı öz axarında davam edir. Alıcılar avtomobil seçərkən müasir standartlara cavab verən, ekoloji təmiz, az sərfiyyatlı, ucuz və çoxfunksiyalı nəqliyyat vasitələrinə önəm verirlər.

Azərbaycana avtomobil ixrac edən ölkələrin başında Çin gəlirsə, bəs artıq tələbat olmayan maşınlar hansı ölkənin payına düşür?

Lent.az-ın sualına avtomobil bazarı araşdırmaçısı Sərxan Qədirov cavab verib. O bildirib ki, artıq Rusiyadan gələn avtomobillərə tələbat azalıb:

“Hazırda Rusiyadan gələn avtomobillər sərf eləmir. Məsələn, keçmiş sovet maşınlarına baxanda, Rusiyanın yeni avtomobillərinin detallarında erroziya, çürümə tez gedir. Ümumiyyətlə isə son çıxan avtomobillərin detalları zəifdi, paslanma tez yaranır. Bugünki gün Rusiyada avtomobil gətirmək məqbul sayılmır, alıb-satanlara sərf etmir. Həmin ölkənin şirkətləri ilə müqavilələri davam edən rəsmi dillerlərin də sayı azalıb.

Azərbaycana bütün ölkələrdən avtomobillər gətirilir. Ən çox da Çindən. İstər Badamdar maşın bazarında, istər də gömrük idarəsində Çin avtomobillərinin çox olduğunu görərik. Bundan başqa, Çin maşınları Bakıda əksər avtosalonları da zəbt edib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 480

Oxşar yazılar