ABŞ Prezidenti Donald Tramp uşaqlarda xərçəngin müalicəsinə dair elmi araşdırmalarda süni intellektin tətbiqi barədə göstəriş verib.
Lent.az xəbər verir ki, ölkə lideri bu barədə jurnalistlərə Ağ Evdə məlumat verib.
“Bu sərəncamla mən federal qurumlara süni intellektdən tam şəkildə yararlanaraq uşaq xərçəngi ilə bağlı tədqiqatların sürətləndirilməsini tapşırıram”, – Prezident bildirib.