Ördəkləri ölən  kişi arvadını vəhşicəsinə DÖYDÜ  - AZƏRBAYCANDA
30 sentyabr 2025 13:25 (UTC +04:00)

Ördəkləri ölən kişi arvadını vəhşicəsinə DÖYDÜ - AZƏRBAYCANDA

0

Daşkəsəndə kişi arvadını qeyri-adi səbəblə döyüb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun kəndlərindən birində baş verib.

36 yaşlı Ziya Abdullayev (ad və soyad şərtidir) yaşadığı evin həyətində saxladığı ördəklərin sayına görə arvadını odun parçası ilə döyərək, xəsarət yetirib. Bu əməlinə görə, Ziya barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.

Zərərçəkmiş şəxs qismində dindirilən Səmayə Abdullayeva (ad və soyad şərtidir) bildirib ki, evdar qadındır. O, axşam ördəkləri sayarkən az olduqlarını aşkar edib: “Ördəklərin 30-u ölmüşdü. Bunu Ziyaya deyəndə, o əsəbiləşdi və aramızda münaqişə yarandı. Nəticədə ağac parçası ilə hər iki ayağıma və belimə zərbələr vurdu. Zərbələrin təsirindən ayaqlarımda göyərmələr, qızarmalar əmələ gəldi”.

Məhkəmə istintaqı zamanı zərərçəkən əri ilə barışdığını və ona qarşı şikayəti olmadığını deyib. Hər iki tərəf məhkəmədən cinayət işinə xitam verilməsini xahiş ediblər.

Daşkəsən rayon Məhkəməsində hakim Kənan Vəliyevin sədrliyi ilə keçirilən proses zamanı cinayət işinə xitam verilib və Ziya Abdullayev məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 468

Oxşar yazılar